Azərbaycan bu il sayca 21-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək. Bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov deyib.
Bu haqda İnsanoid bu gün 2 avqust tarixində Eurovoix-a istinadən xəbər verir.
İmtinanın səbəbi açıqlanmayıb.
Müsabiqə noyabr ayında Fransanın Nitsa şəhərində keçiriləcək.
Azərbaycan keçən il Ermənistanda keçirilən 20-ci Uşaq Avroviziya mahnı müsabiqəsində də iştirakdan imtina etmişdi. Ölkəmiz son dəfə 2021-ci ildə Fransanın paytaxtı Parisdə baş tutan müsabiqəyə qatılmış və müsabiqəni beşinci sırada tamamlamışdı.