Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (13.11.2023-19.11.2023) 21 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə 20 noyabr tarixində İnsanoid xəbər verir.
13 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 135 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 729 nəfər müalicə olunaraq sağalıb, 10 367 nəfər vəfat edib, aktiv xəstə sayı 39 nəfərdir.
Ölkədə son həftə ərzində 3 042, hazırkı dövrədək isə 7 711 925 test aparılıb.