Rusiyanın Yaroslavl şəhərində yaşayan azərbaycanlı biznesmen Elman Əzizov özünə qəribə ad günü keçirib. İnsanoid Rusiya KİV-yə istinadən məlumat verir.
“Yaroslavl Broyler” quşçuluq fabrikinin İdarə Heyətinin sədri Elman Əzizov firon kostyumu geyinib. O, müəssisənin əməkdaşları tərəfindən daşınan araba ilə məclisə daxil olub.
Keçirilən tədbirdə çəkilən fotolar sosial şəbəkələrdə yayılıb və birmənalı qarşılanmayıb.
“Yaroslavl Broyler” quşçuluq fabriki öz açıqlamasında bildirdi ki, tədbir şirkətin özəl gününə həsr olunmuşdur və Elman Əzizovun ad gününə təsadüf etmişdir.