“Barbi” filmi premyerasından 17 gün sonra həftəsonu 1 milyard dollardan çox gəlir əldə edib. Bu barədə İnsanoid bu gün 7 avqust tarixində Report-a istinadən xəbər verir.
“Barbie” filmi Şimali Amerikada 459 milyon dollar, digər ölkələrdə isə 572 milyon dollar gəlir əldə edib.
Filmin rejissoru Qreta Gerviq filmi bu qədər pul qazanan ilk qadın rejissor adını alıb.
Eyni zamanda bu, “Warner Bros” üçün də rekorddur. Daha əvvəl ən sürətli 1 milyard dollar qazanan film "Harri Potter və Ölüm Yadigarları: 2-ci hissə" olub. Həmin film bu nəticəni 19 gündə əldə etmişdi.
İyulun 21-dən bütün dünyada nümayiş etdirilən filmdə Margo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıblar. Filmin süjetinə görə, baş qəhrəman mükəmməlsizliyinə və gözəllik qanunlarına uyğun gəlmədiyinə görə Barbilenddən qovulacaq, bundan sonra Barbi adi insanların dünyasında yaşamağı öyrənməli olacaq.