Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 10 saat onu gözləyən azarkeşi evində qonaq edib. Xuan Polkan adlı fanat bu barədə "Infobae" nəşrinə müsahibəsində bildirib.
Bu barədə 11 aprel tarixində Report məlumat verib.
O, 36 yaşlı hücumçunun ev ünvanını daha əvvəl oyunçuya xidmət etmiş saç ustası sayəsində tapdığını söyləyib.
Tərəfdar səhər saat 09:00-da argentinalı forvardın evinə yaxınlaşıb. Polkan yalnız saatlar sonra, onun yanından keçdiyi zaman ulduz futbolçunu görə bilib. Mühafizəçi onu qovmaq istəsə də, oyunçunun həyat yoldaşı azarkeşi evə dəvət edib.
Fanat ardınca Messi ilə salamlaşdığını sözlərinə əlavə edib: "Bu, inanılmaz an idi. Onu necə çox sevdiyimi dedim. Şəkil çəkdirdik, oynadığım futzal klubunun formasına imzasını atdı və məni qucaqladı".