Sabiq futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriyanın 25 illik "intizamlı" pəhrizinə baxmayaraq görüşləri zamanı onun üçün bişirdiyi yeməyin adını açıqladı.
İnsanoid.com xəbər verir ki, keçmiş ingilis futbolçusu bunula bağlı “The Rio Ferdinand Presents”a olan müsahibəsində danışıb.
"O, qızardılmış krevetləri sevir, ona görə, Viktoriyaya qəlyanaltı üçün avokado ilə qızardılmış krevet hazırlayırdım, əsas yemək üçün isə dəniz xanısı qızardırdım. Onun desert sifariş edəcəyinə əmin deyiləm, ona görə də mən bunu yeməyi onun üçün, sonra özüm üçün təzə makaronla gözəl raqu edərdim”.