Mirzə Ələkbər Sabirin “Hophopnamə” adlı seçmə satirik şeirlər toplusu Türkiyədə nəşr olunacaq. Bu barədə 8 aprel tarixində Apa.az xəbər yayıb.
“Türkiyə İş Bankı” Nəşrlər Evi nəşrin kütləvi olacağını, həmçinin bu yaxınlarla yayımlanacağını qeyd edib. Şeirləri Azərbaycan dilindən Türkiyə türkcəsinə çevirən isə İsa Öztürkdür.
Qeyd edək ki, 1862-ci ildə Şamaxıda anadan olan Mirzə Ələkbər Sabirin əsasını qoyduğu Sabiranə şeir tipi özündən sonra da yaşadılmış, Əli Nəzmi, Mirzəli Möcüz, Cəfər Cabbarlı kimi şairlər bu tipdən yararlanmışlar.
Sabirin ölümündən sonra onun külliyyatı dövlət varidatı elan edilib.