Rusiyanın Blaqoveşşensk şəhərinin sakinləri işıqlı gündüz səmasında müşahidə edilə bilən parlaq meteorun uçuşunun şahidi olublar.
İnsanoid.com bildirir ki, bolidlə bağlı unikal kadrlar sosial şəbəkələrdə yayılıb.
Bolidlər - parlaqlığına görə hətta gündüz görünə bilən son dərəcə nadir meteorlardır. Statistikaya görə, bolidlər Yer atmosferində ildə bir neçə dəfə görünür, bu hadisəni gündüz görmək ehtimalı isə daha azdır.