ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra gitara satmağa başlayıb.
İnsanoid.com xəbər verir ki, o, bu barədə özünün "Truth Social" hesabında yazıb.
Siyasətçi müştərilərə seçki kampaniyasının “ABŞ-ni yenidən möhtəşəm edək” şüarı ilə bəzədilmiş eksklüziv musiqi alətləri təqdim edib.
"Tezliklə satışda! "45" gitarasının məhdud seriyası. Cəmi 1,3 min nüsxə akustik gitara və elektrogitara - onlardan bəziləri şəxsən mənim tərəfindən imzalanıb!", - deyə Tramp bildirib.
Musiqi alətinin 1 000 dollardan başlayır. Respublikaçının özünün imzası olan gitara 10 000 dollara başa gələcək.