Suriyada, İraqda çətin vəziyyətdə qalan azərbaycanlılarla bağlı Prezidentin tapşırığı ilə fəaliyyət göstərən komissiya mövcuddur. Mütəmadi işlər davam etdirilir.
İnsanoid.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yüzlərlə qadın və uşağın tapılması və ölkəmizə qaytarılması həyata keçirilib: “Son çətin vəziyyətdə qalan azərbaycanlı qadın və uşaq tapılanadək fəaliyyətimiz davam edəcək”.