top
Anası hinə atdı, quş dilində danışmağa başladı... – Dünyanı şoka salan “toyuq qız”ın HEKAYƏSİ
23 mart 2025, 02:00
- ↺ +

Anası hinə atdı, "quş dili"ndə danışmağa başladı... – Dünyanı şoka salan “toyuq qız”ın HEKAYƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1980-ci ildə 9 yaşlı portuqaliyalı Mariya İzabel Dos Santos adlı qızın hekayəsi bütün dünyanı şoka salmışdı. Körpə ömrünün əsas illərini ana sevgisindən, qayğısından və hətta ən sadə ünsiyyətdən məhrum olaraq toyuq hinində keçirib.

1970-ci il iyulun əvvəlində Tabua kəndində yerləşən fermalardan birində sonradan “toyuq qız” adlandırılan Mariya Isabel Quaresma Dos Santos adlı bir körpə dünyaya gəldi. Qız sağlam doğulub: onun psixi pozğunluğu olmayıb. Ancaq anasının meningitdən əziyyət çəkdiyi üçün psixi problemləri olub.

Qadın yeni doğulmuş uşağı ailəsinin üzvü kimi qəbul etməyib. Körpənin cəmi bir yaşı olanda anası onu toyuq hininə aparıb və burada yaşaması üçün orada tərk edib. Ailənin digər fərdləri qadının bu hərəkətinin qarşısını almağa və uşağı geri qaytarmağa cəhd etməyib.

Mariya toyuqların qidalandığı taxıl, kələm yarpaqları və süfrə qırıntılarını yeməyə məcbur olub.

Üstəlik, heç kim qıza yaxınlaşıb, onunla ünsiyyət də qurmayıb. Mariya tam sosial təcriddə böyüyüb.

1976-cı ildə Mariya İzabelin bibilərindən biri kiçik qızın yaşadığı şəraitdən xəbər tutaraq həkimlərlə birgə toyuq hininə gəlib. Müayinə zamanı qızın bir sıra psixi problemləri və ciddi inkişaf ləngiməsi olduğu üçün təcili xəstəxanaya yerləşdirilməli olduğu üzə çıxıb. Mariyanın bibisi həftələrlə müxtəlif reabilitasiya və psixiatriya müəssisələrinin qapılarını döyüb. Lakin onlar qeyri-adi xəstəni qəbul etməkdən qəti şəkildə imtina ediblər.

Ancaq Torres Vedras Xəstəxanasında işləyən tibb bacısı Maria Bihao bu qızın hekayəsini eşidir və ona kömək etmək qərarına gəlir. Kəndə gələn Bihao asanlıqla həmin toyuq hinini tapır və qızı oradan götürür. Onun davranışını müşahidə etdikdən sonra tibb bacısı anlayır ki, bu işin öhdəsindən tək başına gələ bilməyəcək.Buna görə də o, dəstək üçün jurnalistlərə müraciət edir. Bütün Portuqaliya mediası Mariya İzabeldən yazmağa başlayır.

Daha sonra Portuqaliyanın birinci xanımı Manuela Eanesi də qızdan xəbərdar olur. O, Mariyanın ölkənin ən yaxşı reabilitasiya mərkəzinə yerləşdirilməsini təmin edir.

Müəssisənin direktoru Mariya ilə bağlı jurnalistlərə açıqlamasında deyir:

“Müşahidələrimə əsasən, əminliklə deyə bilərəm ki, uşaq yaşına uyğun olaraq kifayət qədər inkişaf etməyib. Əqli gerilik çox güman ki, insanlarla ünsiyyətinin olmaması ilə əlaqəlidir. Qızın bütün davranışları ən sadə bioloji instinktlər və reflekslərlə müəyyən edilir”.

Bəzi şahidlərin sözlərinə görə, Mariya İzabel hətta ağlaya bilmirdi, çünki “göz yaşları insan ünsiyyətinin bir növüdür və o, uşaqlıqdan belə bir təcrübə keçirməyib”.

Mariya uzun müddət müalicə görməyinə baxmayaraq danışmağı öyrənə bilməyib. O, duyğularını jestlərlə izah etməyi bacarırdı. Qız sonrakı illərdə də özünü toyuq kimi aparmağa davam edib. O, kiçik addımlarla yeriyir, daim dayanıb qollarını yelləyirdi.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər