top
Çəkilin, “beta” gəlir!
07 yanvar 2025, 03:59
- +

Çəkilin, “beta” gəlir!

1 yanvar 2025-ci ildən etibarən dünyaya gələn yeni uşaqlar “beta” nəslinin nümayəndələri hesab olunacaqlar. Onlar 2010-2024-cü illərdə doğulan “alfa” nəslini əvəzləyirlər. Düz 2039-cü ilədək dünyaya göz açacaq yeni nəslin nümayəndələri “beta”nın təmsilçiləri olacaqlar. Ekspertlərə görə, onlar da “alfa” nəsli kimi süni intellektlə əlaqədə böyüyəcəklər. Ancaq bu nəsil robot və nanotexnologiya ilə həddindən artıq sıx ünsiyyətdə olacaq...

“Baby boomer”lərdən “Z”lərədək

Ötən əsrin ikinci yarısında gündəmə amerikalılar tərəfindən yayılmış “baby boomer” deyilən bir ifadə gəldi. Bu ifadə 1940-50-ci illərdə doğulmuş nəsil üçün nəzərdə tutulmuşdu. Hazırda bu nəsildən sağ qalanlar 80-90 yaşdadırlar. İkinci Dünya müharibəsi və onun fəsadları şəraitində dünyaya gəlmiş və tərbiyə olunmuşdular. Təbii ki, həyata baxışlarında müharibə amili rol oynamaya bilməzdi. Texnologiyadan uzaq bir dövrdə yetişən bu nəsil hər şeyi özü etməyə alışmışdı, çalışqan, qayğıkeş idi. Özləri, ailələri ilə yanaşı, valideynlərinə də baxırdılar. Valideynlərin çoxu buna ehtiyac da duyurdu: dünya müharibədən qurtulmuşdu.

1960-70-ci illərdə dünyaya gələnlərə “X-nəsil” deyilir. Hazırda 60-70 yaşları var. Olduqca intizamlıdırlar, işlərində səbrlidirlər, karyera iyerarxiyasına inanırlar, işləməyi sevirlər, adətən bir iş yerləri olur. Əksər texnoloji ixtiralar – paltaryuyan və tozsoran maşınlardan tutmuş mobil telefonlar və kompüterlərə qədər hər yeniliklə tanışdırlar. Ancaq bu texnoloji kəşflərdən övladları qədər yararlana bilmirlər. Onlardan geri qalırlar.

80-90-cı illərdə doğulanlara isə “Y-nəsil” deyilir. İqriklər” tarixin ən rəngarəng nümayəndələri hesab olunurlar. Siyasi tarixin keçid dövrünün yetirmələridirlər. Fərdi azadlıq aşiqidirlər, ailələrini şübhəsiz ki, sevirlər. Ancaq müstəqillikdən xoşları gəlir. Gözəl yaşamaq üçün çalışırlar. Bu səbəbdən idarə edən olmaq, şəxsi işləri və bizneslərini qurmaq üçün “dəridən-qabıqdan” çıxırlar, tez-tez iş dəyişirlər, çünki ən yaxşısının axtarışındadırlar. Sosial medianın açdığı imkanlardan maksimum istifadə edirlər. Zamandan bacarıqla yararlanırlar, eyni gündə həm işləyə bilərlər, həm əylənə.

1995-2010-cu illərdə doğulanlara isə “Z-nəsil” deyilir. Bu gün ən böyüyünün 30 yaşı var. İnternet erasındaboya-başa çatıblar. Bu səbəbdən öncəki nəslin sevdiyi oyuncaqlar onlar üçün primitivdir.

“Alfa” gedir, “beta” gəlir

Dünyaya gələn yeni “beta” nəslinin nümayədələri XXII əsrədək yaşayıb, növbəti yüzilliyi görəcəklər. Onlar 2010-2024-cü illərdə doğulan “alfa”ları əvəzləyəcəklər. Demoqraf və futuroloq Mark MakKrindl artıq indidən öz bloqunda yazıb ki, “yeni nəslin nümayəndələri dərin sosial problemlərin məngənəsində olan bir dünyada yaşayacaqlar”. Onun fikrincə, “iqlim dəyişikliyi, əhalinin qlobal yerdəyişməsi və sürətli urbanizasiyanı nəzərə alsaq, dayanıqlı inkişaf bu nəslin nümayəndələri üçün tək seçim deyil, həm də gözlənti olacaq”.Seçimdən söz düşmüşkən, “beta” nəslinin nümayəndələri bu gün haqqında çox danışdığımız və nə gizlədək, - həm də şikayət etdiyimiz “Z”lərin seçiciləri olacaqlar. Yəni “zet” nəslinin nümayəndələrinin dövlət idarəçiliyi və ya seçkili orqanlarda təmsilçiliyinə “beta”lar da razılıq verəcəklər.

“Z-iqtisadiyyat: Z nəsli biznesin gələcəyini necə dəyişəcək” adlı kitabın müəllifi Ceyson Dörsi hesab edir ki, “beta” nəslinin dünyaya baxışı “alfa”lardan fərqli olacaq, hərçənd onların hər ikisini süni intellektə aludəçilik birləşdirir: “Əvvəla, onlar postpandemik dünyada doğulacaqlar. Onlar məktəblərin bağlanması, sosial təcridin nə olduğunu bilmirlər. Halbuki böyük bacı və qardaşları pandemiyanı yaşayıblar”. Dörsi hesab edir ki, əgər “alfalar” üçün pandemiya var idisə, “beta”lar üçün ən ciddi çağırış iqlim dəyişikliyi və onun fəsadları olacaq: “Onlar bu problemin həlliməsuliyyətinin “boomer”lərdən “Y” və “Z”lərə necə keçdiyinin şahidi olacaqlar”.

Şəbəkə görmüş valideyinlər

Bu nəslin nümayəndələrinin sosial şəbəkələrin dominantlığında böyüyəcəkləri aydındır. Ancaq onların reallığı fəqli olacaq. Məsələ bundadır ki, “betalar”ın əksəriyyətinin valideynləri “Z”lər olacaq. Sosial şəbəkə və şəbəkə oyunlarının ziyanlarını “zetlər”dən yaxşı kimbilər? Biz onları indiyədək nəyə görə tənqid edirik? Bəli, bütün günü smatrfonların və kompyuterlərin qarşısında həyat sürmələrinə görə. “Z”lər yaşa dolduqca bu həyat tərzinin mənfi fəsadlarını anlayırlar. Təbii ki, övladlarını bundan çəkindirməyə çalışacaqlar. Ancaq necə? Bunu zaman göstərəcək.

MakKrindla görə, “alfalar”ın bütün günü internetdəitib-batmaları stereotipdir. Əslinə qalsa, “alfa” kimi “Z” də sosial şəbəkələrdə “böyüyüb”. Sadəcə fərq ondadır ki, “zetlər” “iqriklər” və onlardan əvvəlkilərin övladlarıdırlarsa, “betalar”ın valideyinləri “Z”lər olacaq. “Zetlər” yeniyetmə vaxtlarından internetin və sosial şəbəkələrin mənfi və müsbət tərəflərinə yaxşı bələddirlər” – deyə futuroloq yazır.

“iPad”ın uşaqları

“Beta”nın əvəzlədiyi “alfalar”ı çox vaxt “iPad”ın uşaqları adlandırırlar. Onlar sosial şəbəkənin mənasız kontentlərinin nümayəndələri və bir-birilə əlaqəsi olmayan sözlərin birləşdiyi leksikonu populyar edənlərdir. Bizə mənasız və şit təəssürat bağışlayan belə ifadələr onlar tərəfindən “dəbli tendensiya” hesab edilir. Məsələn, kontent yaradıcısı və linqvist Adam Aleksiç hesab edir ki, “yaşlı nəsil cavanları anlamaq üçün dəbli tendensiyanı izləməyi bacarmalıdır”.

Dörsinin qənaətinə görə, əgər “iqriklər”ə 11 sentyabrın, “Z”lərə və “alfalar”a isə pandemiyanın təsiri olmuşdusa, “betalar”ın nəyin basqısına məruz qalacaqlarını bəribaşdan ehtimal etmək çətindir. “Pew” araşdırma mərkəzinin ekspertrinə görə, insanları nəsillərə ayırmaq düzgün deyil, bu, onlar arasında fikir və dünyagörüşü uçurumuna səbəb olur. Daha düzgünü insanlara irqi, demoqrafik, sinfi fərqlilik bucağından baxmaqdır, çünki onları dərindən öyrənmək üçün daha əlverişlidir. Dörsi isə bu yanaşma ilə razı deyil: “Məncə, nəsillərin fərqləndirilməsi gələcəyin öyrənilməsi baxımından vacibdir”.

Rüstəm Qaraxanlı

 

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 17:35

ADY yay qrafikinə keçir

Bütün Xəbərlər
Dünən, 16:02

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib

Bütün Xəbərlər
Dünən, 15:40

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Bütün Xəbərlər
Dünən, 15:09

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırılıb

Bütün Xəbərlər
Dünən, 15:06

Almaniyada anomal istilərə görə 26 nəfər suda boğularaq ölüb

Bütün Xəbərlər
Dünən, 12:46

İyunun son günündə 33 dərəcə isti gözlənilir

Bütün Xəbərlər
Dünən, 11:24

Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin daha qədim olduğu ortaya çıxıb

Bütün Xəbərlər
Dünən, 11:00

Prezident: "TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

Bütün Xəbərlər
Dünən, 10:52

Prezident İlham Əliyev: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur"

Bütün Xəbərlər
Dünən, 10:48

Prezident İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 10:30

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Bütün Xəbərlər
Dünən, 10:17

XİN: İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur

Bütün Xəbərlər
Dünən, 09:06

NYT: Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar

Bütün Xəbərlər
26 iyun 2026, 00:45

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Bütün Xəbərlər
26 iyun 2026, 00:01

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bütün Xəbərlər
25 iyun 2026, 22:44

Prezident sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bütün Xəbərlər
25 iyun 2026, 16:53

FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb

Bütün Xəbərlər
25 iyun 2026, 16:35

Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib - SƏRƏNCAM

Bütün Xəbərlər
25 iyun 2026, 16:32

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Bütün Xəbərlər
25 iyun 2026, 16:28

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Bütün Xəbərlər
25 iyun 2026, 16:25

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

Yerli xəbərlər
25 iyun 2026, 16:19

Ötən tədris ilində 958 tələbə yerdəyişmə edib

Bütün Xəbərlər
25 iyun 2026, 15:57

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib

Bütün Xəbərlər
25 iyun 2026, 15:25

Aydın Süleymanlı: "Maqnus Karlsenə qalib gəlmək özümə inamımı daha da artırdı" - FOTO

Oxşar xəbərlər