Müdafiə Nazirliyinin brifinqi keçirilib. Bu barədə 19 sentyabr tarixində İnsanoid xəbər verir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazovun verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dək artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib.