top
Qınayan da özümüz, saçyolduya çıxan da...
09 yanvar 2025, 10:00
- ↺ +

Qınayan da özümüz, saçyolduya çıxan da...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir vaxtlar övladının əlindən tutub məktəbə gətirən, onun gələcəyi ilə bağlı arzular quran valdeynlərin əli artıq bir-birinin saçını tutur. Hər dəfə məktəbdə baş verən oxşar insidentlər zamanı aktuallaşan bu mövzunun əslində geniş müzakirəyə və ciddi qərarlara ehtiyacı var. Mentalitetimizi qınasaq da, yeni nəsil ona xor gözü ilə baxsa da, bizim köhnə dəyərlərimizdə bu tip hallara qəti yol verilməz, qınaq obyektinə çevrilərdi.

Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında bu fikri deyib: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.

Mövlud, övlad sözləri ilə kökdaş olan "valideyn" kəlməsini hörmətdən kim saldı ki, onlar təhsil ocaqlarında bu cür hadisələr törədir?

Ya bizə bilik öyrədən müəllimlərimiz? Söhbət öz vəzifəsini layiqincə, şərəflə yerinə yetirən müəllimlərdən gedir.

"Uşaq ailənin güzgüsüdür" - məktəbdə müəllimlərimdən tez-tez eşitdiyim ən işlək cümlə idi. Cürətin vardı, biri ilə dava edəsən və ya birinə söz atıb mübahisəyə səbəb olasan. Müəllim hər iki şagirdi dərsdən sonra saxlayardı ki, valideynləri də övladlarının törətdiyi əməlin məsuliyyətini hiss edib məktəbə gəlsin. Sadəcə gəlsin yox, həm də öz "gələcəyinin" niyə bu əməli törətdiyinə görə cavab versin. Əsl məktəb tərbiyəsi bu deyildimi? Məncə, elə uşaqlarını məktəbə məhz təhsil və tərbiyə almaq üçün göndərən valideynlər də bu dərsdən öz paylarını alırdılar. Hələ elə valideyn də var idi ki, müəllimə dönə-dönə tənbeh edirdi: “Gördün oxumur, cəzalandır, döy”. İki alanda, dərsə cavab verə bilməyəndə həm müəllimi tərəfindən cəzalandırılan, evə gəldikdən sonra “aşı-suyu” verilən şagirdlərin sayı kifayət qədər olub. Düşünməyin ki, mən döyülməyi, cəzalandırılmağı təbliğ edirəm. Əsla! Amma o şagirdlər böyüyüb valideyn olduqdan sonra hər xırda detal üçün məktəbə hücum edir, “mənim uşağım yalan danışmaz” deyib kükrəyir, az qala müəllimi təpiyinin altına salmaq istəyir. Müqəddəs peşə sahibi müəllimi bu qədər alçaltmaq nəyə lazım?

Elə bu səbəblərdən də müəllim peşmandır ki, hansısa şagirdə güldən ağır söz desin. Demək olar ki, hər valideyn uşağı ilə müəllim arasında sanki "Dəmir qübbə" (İsraildə hava hücumundan müdafiə sistemi) kimi bir qoruyucu sədd çəkib. O dəqiqə müəllimin uşaqla bağlı dediklərinə nəinki sərt cavab, bəziləri hətta təhqirdən belə çəkinmirlər.

Yaxşı, əgər valideynlərin belə davranışını hamımız qınayırıqsa, bəs o zaman, kimdir o valideynlər?

Bizik həmin o valideynlər, yəni ki, 90-2000-lərdə eyni parta arxasında outran şagirdlər. Hansı ki, müəllimlərimizin daim nöqsan tutduğu, valideynləri daim məktəbə çağırılan şagirdlərdir indi bir-birinin saçını yolanlar.

Hər şey məktəbdən başlayır, istər övladlarımızın, istərsə də, valideynlərin təhsili və tərbiyəsi. Axı bir çox valideynlərin özləri tam təhsil ala bilməyib, lakin indi bilmədikləri bir çox şeyləri onların ev tapşırıqlarına kömək edərkən öyrənirlər? Bəlkə, bir az düşünək cənablar? Məktəb həyətində saçyolduya çıxmağın, bu nümunənin sabah hansı fəsadlara səbəb olacağını düşünək? Düşünək ki, bu gün məktəb həyətində az qala hər gün saçyoldu, müəllimi təhqir edən valideyn görən şagird sabah böyüyüb daha pis əməllərə əl atmasın.

Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər