top
Trampın pul müqabilində Qrenlandiya istəyi tarixdə ilk deyil
09 yanvar 2025, 07:00
- +

Trampın pul müqabilində Qrenlandiya istəyi tarixdə ilk deyil

Donald Trampın Qrenlandiyanı pulla almaq niyyəti əvvəl zarafat kimi qəbul olunsa da, dünyanın ən qaynar geosiyasi mövzularından birinə çevrilib. ABŞ-ın seçilmiş prezidentinin oğlu – kiçik Tramp “buzlu ada”ya gedib yerliləri şirnikləndirir, Danimarka kralı tabeçiliyində olan Qrenlandiyanın baş nazirini “söhbət”ə çağırır. Fransanın yeni XİN rəhbəri Jan-Noel Barro isə Makronsayağı coşaraq Vaşinqtonu hədələyir ki, Avropa İttifaqı öz ərazisini heç kimə güzəştə getmək niyyətində deyil. Fransız nazirin bəyanatının satirası bundan ibarətdir ki, nə Qrenlandiya, nə də Farer adaları metropoliyadan, yəni Danimarkadan fərqli olaraq Aİ üzvü deyillər.

Fransalı nazirin siyasi naşılığı bir yana, Trampın Qrenlandiyaya görə Danimarkaya pul təklif etməsi tarixdə ilk belə hal deyil. Bir ölkənin pulla öz ərazisinin bir hissəsini digərinə satması halı tarixdə azı 6 dəfə qeydə alınıb ki, onlardan biri də həmin Danimarkanın Vircin adalarını ABŞ-ə güzəştə getməsidir.

Danimarkalıların rom ticarəti

XVII əsrdə Karib dənizindəki Vircin adalarını tutan danimarkalılar buradan rom ticarətini həyata keçirməyə başlayırlar. Tezliklə bu adalar danimarkalıların dəniz qulduru bazasına çevrilir. Ancaq zamanla quldarlıq qadağan edildiyindən, Vircin adaları da rentabelliyini itirmiş olur. Əgər indi Qrenlandiyanı satmaq üçün Tramp Danimarkaya pul təklif edirsə, 1865-ci ildə eyni addımı prezident Linkoln atmışdı. Ancaq danimarkalılar çox fikirləşdiklərindən, üstəik, referendum barədə düşündüklərindən, Linkolnu əvəzləyən Qrant bu təklifdən imtina edir.

1915-ci ildə adaların Almaniya tərəfindən işğalı təhlükəsi yaranır. ABŞ Danimarkaya daha bir təklif edir, yeni referendum təyin olunur və sakinlərin 99,8 faizi satışı müsbət dəyərləndirir. Nəticədə adalar ABŞ-a qalır, 25 milyon dollar isə Danimarka büdcəsinə. O vaxtki kursla 87 milyon Danimarka kronu olan bu məbləğ ölkə büdcəsinin yarısını təşkil edirdi.

Niderlandlıların Manhetteni alması

Hazırki Nyu-Yorkun bir hissəsi olan Manhettenin əsasını 1609-cu ildə hollandlar qoyub. Bir qədər sonra adada “Yeni Amsterdam” qalası inşa olunub ki, o da zamanla indiki Nyu-Yorka çevrilib. 1629-cu ildə Yeni Hollandiyanın hakimi adanı bijuteriya, balta, geyim və bıçaq müqabilində yerli manahatta hindu tayfalarından satın alıb. Bu əşyaların pulla ekvivalenti 60 qulden edirdi. İndiki pulla 700 ABŞ dolları.

Bu hadisənin müəmmalı tarixçəsi var. Versiyalardan birinə görə, niderlandlılar adanı digər hindu tayfası olan kanarslardan alıblar. Məsələnin maraqlı tərəfi odur ki, Manhetteni satan kanarslar əslində indiki Bruklinin sahibi olublar. Yəni 60 quldenə onlara məxsus olmayan torpaqları satıblar.

İsveçlilərdən ruslara keçən Pribaltika

1721-ci ildə bitən və 20 ilə yaxın davam edən Şimal müharibəsi rusların qələbəsi ilə başa çatır. I Pyotr Pribaltika və Finlandiyanı işğal edir, İsveçə iddialarını bildirir. İsveçlilər vəziyyətin çətinliyini görüb sülhə gedirlər. Ancaq Niştadt sülhü qalib olmasına baxmayaraq, Rusiya üçün də uğurlu olmur. İsveç Finlandiyanı güzəştə gedir, Pribaltikanı isə ruslara pulla satır. Müharibədə taqətdən düşdüyündən Rusiya Baltikyanı əraziləri hərblə yox, pulla almaq qərarına gəlir.

Fransanın Luiziana alveri

Jan-Noel Barro tarixdən məlumatsız ola bilər, amma Fransanın bir vaxtlar ona məxsus olan Luiziananı Amerikaya satması faktdır. XVIII əsrdə Fransa Meksikadan Missisipiyə qədər geniş ərazilərə sahib idi. Bugünkü Luiziana da o vaxtkı Fransa kralı XVI Lüdovikin şərəfinə adlandırılmışdı. Luiziana bir müddət ispanların əlinə keçsə də, Napoleon onu yenidən fransızlara qaytarır və... üç həftədən sonra ABŞ-a satır – 15 milyon dollara. Alqı-satqı kreditlərin faizləri ilə birlikdə 23 milyon dollar təşkil edir.

Kaliforniyanın ruslar tərəfindən satılması

Çoxları bilmir, ancaq 1812-ci ildə ruslar Kaliforniyada Ross adlı qala tikib, ətrafındakı torpaqları ələ keçirmişdilər. Rusiya buradakı dayaq məntəqəsi vasitəsilə Alyaskanı ərzaqla təmin edirdi. Ruslar bu torpaqları “ənənəyə uyğun” olaraq yerli hindulardan 3 yataq örtüyü, 3 şalvar, 2 balta, 2 ketmən və bir qədər bijuteriya müqabilində əldə etmişdilər.

Kaliforniya ruslara ucuz başa gəlsə də, tezliklə əhəmiyyətini itirir, çünki Rusiya Alyaskanın təyinatını ingilislərlə razılaşdırqdan sonra Kanada vasitəsilə həyata keçirməyə başlayır. Bu səbəbdən torpaqlarını satmaq qərarına gəlir, ancaq təklif ingilislərin marağına səbəb olmur. Ortaya gözlənilmədən Meksika çıxır, çünki buranın yerli sakinləri torpağın tarixən onlara məxsus olduğunu düşünürlər. 1841-ci ildə Ross qalası və ətrafındakı geniş ərazilər meksikalı iş adamı Satterə satılır. Gümüşlə 42857 rubla. Deyilənə görə, Satter 37,5 rublu borclu qalır və yalnız 8 il sonra ödəyib qurtarır.

Ruslardan amerikalılara

Rusiyanın ABŞ-a satdığı ərazi isə hamının bildiyi kimi, indiki Alyaskadır. Bəzi mənbələrə görə, 7 milyon 200 min dollara başa gələn ticarət II Yekaterina dövründə həyata keçirilib. Bununla razılaşmayan bəzi tarixçilər II Aleksandra işarə edirlər.

Satışın səbəb o idi ki, Rusiyanın Alyaskaya birbaşa yolu yox idi. Ona görə də onun təminatı üçün böyük yol qət edilirdi. Bu isə iqtisadi cəhətdən əlverişli deyildi. Rusiyanın Orta Asiyanı ekspansiya etməsi və az qala Hind okeanına çıxması bu dövrə təsadüf etdiyindən, bütün imkanları bu istiqamətə sərf etmək qərarı qəbul olunur və uzaq Alyaska pul müqabilində satılır. Tarix üzrə ekspertlərin fikrincə, bu alqı-satqı əməliyyatı ruslar üçün olduqca uğurlu hesab edilə bilər. Çünki Alyaskanın saxlanılması iqtisadi cəhətdən rentabelli deyildi. O vaxt Rusiya ilə Amerika dost olduqlarından Alyaskanın ziyanla saxlanılmasındansa, satılması daha məqsədəuyğun çıxış yolu idi. Əldə edilən vəsait Rusiyada dəmir yollarının çəkilişinə sərf edilir. Deyilənə görə, Alyaskanı alan amerikalılar tezliklə burada zəngin qızıl yataqları tapırlar. Tarixçiləri hesab edirlər ki, bu barədə ruslar da məlumatlıymışlar, ancaq bunu gizlin saxlayır, ingilislərin bilməsini istəmirmişlər.

Rüstəm Qaraxanlı

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:35

Dünyanın ən gənc monarxı vəfat edib

Bütün Xəbərlər
Dünən, 16:19

Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın sakinlərinə səyyar stomatoloji aksiyası keçirib - FOTO

Bütün Xəbərlər
Dünən, 15:08

Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

Bütün Xəbərlər
Dünən, 13:46

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisinin "Flashscore"a MÜSAHİBƏSİ

Bütün Xəbərlər
Dünən, 12:33

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Bütün Xəbərlər
Dünən, 11:40

Televiziya verilişindən Çempionlar Liqasına: "Sabah" Avstraliya mediasının diqqətində

Bütün Xəbərlər
Dünən, 10:18

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb

Bütün Xəbərlər
Dünən, 09:51

DİN kirayəyə ev axtaran tələbələrə müraciət edib: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Bütün Xəbərlər
Dünən, 09:33

Ballıqaya qətliamından 34 il ötür

Bütün Xəbərlər
27 avqust 2026, 16:44

Qrossmeyster Aydın Süleymanlıdan Valdas Dambrauskasla bağlı maraqlı paylaşım - FOTO

Bütün Xəbərlər
27 avqust 2026, 15:49

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

Bütün Xəbərlər
27 avqust 2026, 15:45

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Bütün Xəbərlər
27 avqust 2026, 14:36

"Tənbəlliyimiz bizi xilas etdi": azərbaycanlı kulinar Nepaldakı təbii fəlakətin episentrində qalıb

Bütün Xəbərlər
27 avqust 2026, 14:23

Məleykə Abbaszadə: "Ötən ilin balına aldanmayın"

Bütün Xəbərlər
27 avqust 2026, 12:57

Bakıda ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü

Bütün Xəbərlər
27 avqust 2026, 12:52

Universitet qazanmaq istəyənlərin DİQQƏTİNƏ! - boş qalan yerlərin sayı açıqlanıb

Bütün Xəbərlər
27 avqust 2026, 12:30

Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək

Bütün Xəbərlər
27 avqust 2026, 12:28

Yeni tədris ili üçün təhsil krediti müraciətlərinin vaxtı açıqlandı

Bütün Xəbərlər
27 avqust 2026, 12:16

Sabahdan universitetlərə qeydiyyat başlayır: proses yalnız my.gov.az üzərindən aparılacaq

Bütün Xəbərlər
27 avqust 2026, 11:36

Prezident İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
27 avqust 2026, 11:00

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Bütün Xəbərlər
27 avqust 2026, 10:37

AZAL sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
27 avqust 2026, 10:23

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayıb

Bütün Xəbərlər
27 avqust 2026, 09:23

Nigar Fərhad saxlanıldı

Oxşar xəbərlər