Orta rəis heyətində qulluğa başlayan əməkdaşlar Penitensiar xidmətin Baş idarəsində qəbul ediliblər. Bu barədə İnsanoid Ədliyyə Nazirliyinə istinadən bu gün, 25 noyabr tarixində xəbər verir.
Ryazan Hüquq və İdarəçilik Akademiyasında təhsilini əyani formada uğurla başa vuraraq orta rəis heyətində qulluğa qəbul edilmiş 11 əməkdaşa Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmrinə əsasən, ilkin ədliyyə leytenantı xüsusi rütbələri təqdim edilib.
Həmçinin Penitensiar xidmətdə qulluğa qəbulla bağlı verilmiş elanla bağlı müraciət etmiş və müsabiqədə uğur qazanmış, 11 nəfəri Vətən müharibəsi veteranı olmaqla kiçik rəis heyətində yeni qulluğa qəbul edilmiş 21 əməkdaşa ilkin xüsusi rütbələr təqdim olunub.