Bakıda faciəli hadisə baş verib. Bu barədə Oxu.az 12 may tarixində məlumat verib.
Hadisə bu gün saat 13 radələrində Bakının Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 11 yaşlı uşaq özünü binadan atıb.
Nəticədə azyaşlı aldığı xəsarətdən hadisə yerindəcə keçinib.