"Təzəpir” məscidinin rəisi Hacı Hatəm Mirzəyev 65 yaşında vəfat edib. Bu barədə noyabrın 8-də Report xəbər yayıb.
O, noyabrın 7-si axşam saatlarında dünyasını dəyişib. Mərhum bu gün dəfn ediləcək.
Məlumata görə, Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən bu vəzifədə çalışırdı.