Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 7 avqust tarixində APA məlumat verib.
Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonunun Çənlibel kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ramil Quliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.
Bunun nəticəsində həmin avtomobildə sərnişin olan 16 yaşlı Elmir İbrahimov hadisə yerində həyatını itirib.
Şəmkir RPŞ-nin İB-də fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.