Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.