Azərbaycanda 2019-cu ildən bu yana 391 uşaq övladlığa götürülüb. Bu barədə İnsanoid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bu gün, 1 iyun tarixində məlumat verir.
Övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir.
Bu sahədə müasir və şəffaf idarəetmə modeli yaradılaraq, övladlığagötürmə üzrə xidmətlər də elektronlaşdırılıb. Həmin vaxtdan 196-sı oğlan, qalanı qız olmaqla 391 uşaq övladlığa götürülüb.
Reinteqrasiya tədbirləri nəticəsində isə 287 uşaq müəssisələrdən öz ailələrinə geri qaytarılıb.