Bakıda 2 yaşlı uşağın əli ətçəkən maşında qalıb. Bu barədə 7 aprel tarixində Baku ES Telegram kanalı məlumat verir.
Məlumata görə, 2021-ci il təvəllüdlü Qarayev Ümid Sahil oğlunun əli ətçəkən maşında qalıb. O, sağ əlin natamam amputasiyası və əzilmiş-cırılmış yaraları diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Onun əməliyyat olunacağı bildirilir.