Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində 45 yaşlı şəxs saxlanılıb. Bu barədə martın 17-də Report Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, o, soyğunçuluq törətdiyinə görə 2002-ci ildən axtarışda olub.
Sözügedən şəxs həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib.