Azərbaycanda 2020, 2021, 2022, 2023-cü illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub. Bu barədə Report 3 fevral tarixində xəbər verib.
Ədliyyə Nazirliyindən bildirilib ki, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.
Son 4 il və bu ilin ilk ayında ümumilikdə 7296 oğlan uşağına Uğur, 7156 uşağa isə Əli adı verilib.
2020, 2021, 2022, 2023-cü illər və 2024-cü ilin yanvar ayında üçüncü sırada 7095 qız uşağına Zəhra adı verilib. Bu, həmin dövrdə qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.
Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Yusif və Hüseyn adları bölüşüb. Bu müddətdə dünyaya gələn 6799 oğlan uşağına Yusif, 6618-nə isə Hüseyn adı verilib.
Uşaqlara verilən adlar siyahısında son 5-liyi isə qız adları paylaşıb. Siyahıya görə, 5758 qız uşağına Zeynəb, 5676-na Məryəm, 5454-nə Aylin, 4918-nə Fatimə, 4821 uşağa isə Mələk adları qoyulub.