2022-ci ilin üç ayı ərzində Azərbaycanda yol qəzaları nəticəsində 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Bu haqda aprelin 7-də Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Ümumilikdə 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ötən ilin eyni dövrünə nisbətən hadisələrin sayı 7%, ölənlərin sayı 46%, yaralananların sayı isə 0,8% atrıb.
Həlak olanlardan 83-ü piyada, 46-sı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub.
Hesabata əsasən, hadisələrin 40%-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33%-i isə qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən törədilib.