Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası 2023-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb. Bu barədə 26 oktyabr tarixində Report məlumat verib.
Gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 21-nə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün olacaq.
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Yay fəslinin uzunluğu 93 gün olacaq.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ünə təsadüf edəcək. Payız fəslinin uzunluğu 89 gün olacaq.
2023-cü ildə qış fəslinin (Qış günəş duruşu) Azərbaycana daxil olması dekabrın 22-nə təsadüf edəcək. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Fəslin uzunluğu 88 gün olacaq.