Lənkəranın meşə ərazisində 22 yaşlı oğlanın asılmış vəziyyətdə meyiti tapılıb. Bu barədə APA 11 iyun tarixində xəbər verib.
Bu gün günorta saatlarında Lənkəran rayonunun dağlıq kəndi olan Diryanın meşə ərazisində həmin kəndin 22 yaşlı sakini Tərlan Kəlbiyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb.
Məlumata görə, Tərlan Kəlbiyevin külli miqdarda borcu olub.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.