26 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olunub. Bu barədə 22 avqust tarixində Report Nizami Rayon Prokurorluğuna istinadən xəbər verib.
1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işi açılıb.
Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəminində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin “xeyli miqdarda ziyan vurmaqla dələduzluq” maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.