Qax sakini Sumqayıtda intihar edib. Bu barədə 6 yanvar tarixində Report məlumat verib.
Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
Belə ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Məhəmməd Kərim oğlu Kərimov intihar edib. Məlumata görə, o, Novxanıda kirayədə yaşayırmış, evli olub, 1 övladı var.
Faktla bağlı araşdırma aparılır.