Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfəri tapıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 23 may tarixində xəbər verir.
Daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 29 yaşlı kişi, aprelin 27-də Şəki rayonunda və mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 25 yaşlı iki qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 59 yaşlı kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 65 yaşlı kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 22 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.