Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib. Bu barədə 9 iyun tarixində Oxu.az məlumat verib.
Hadisə iyunun 4-ü saat 18 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.
Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.
Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.
[playlist type="video" tracklist="false" ids="118499"]