Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib. Bu barədə Report 18 iyul tarixində xəbər verib.
Bununla bağlı iyulun 12-də “Sığorta fəaliyyəti haqqında” qərar verilib.
1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq, onların lisenziyasına son qoyulub.