Bakıda idman kompleksində faciəli hadisə baş verib. Bu barədə 19 iyul tarixində Lent.az xəbər verib.
Hadisə "MEGACITY" Fitnes və Spa mərkəzində qeydə alınıb. Yasamal rayon sakini, 2019-cu il təvəllüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.
Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.