Tam orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. Bu haqda Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Abituriyentlər buraya daxil olaraq öz balları ilə tanış ola bilərlər. Həmçinin nəticələri “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür. Şagirdlər üçün balların hesablanması qaydası linkdəki faylda (2-ci səhifə) əks olunub.
İmtahanda ümumilikdə 47 213 nəfər iştirak edib. Ən yüksək balı Bakıdakı 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu əldə ediblər. Onlar maksimal olan 300 balı toplayıblar.
12 və 13 mart tarixlərində baş tutan buraxılış imtahanlarının nəticələri aprelin 10-dək elan olunacaq.
Qeyd edilib ki, apellyasiya prosesi "Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə 11 aprel tarixindən etibarən təşkil ediləcək. Müraciət etmək istəyənlər 4-6 apreldə DİM-in saytında qeydiyyatdan keçə bilərlər.