6 noyabr tarixində Azərbaycan Respublikasında Bakı metropoliteni işçiləri öz peşə bayramını qeyd edir.
28 oktyabr 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, Bakı metropoliteni işçilərinin bayramı 8 noyabrda keçirilirdi. Lakin 19 sentyabr 2022-ci ildə o bayramın tarixi dəyişdirildi. Həmin gün ölkə başçısının imzaladığı Sərəncama əsasən, Bakı metropoliteni işçilərinin peşə bayramı hər ilin 6 noyabr tarixində qeyd olunmağa başlanıldı.
Bakı metropoliteni 6 noyabr 1967-ci ildə istifadəyə verilib və həmin vaxt o, 5 stansiyadan ibarət olub. Hazırda isə metropolitenin stansiyalarının sayı 27-yə çatıb.