Oğurluqda ittiham olunan Sultan Camal və Ramiz Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 22 may tarixində xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda Ramiz Əliyevə 3 il, Sultan Camala 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sultan Camala təyin olunmuş 1 il həbs müddəti başa çatdığı üçün o, məhkəmə zalından azadlığa buraxılıb.
Ötən ilin may ayında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə Məhəmməd Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarını oğurlayan Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Əliyev və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar.