Biləsuvarda 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buz üstündə yıxılaraq ölüb. Bu barədə 15 yanvar tarixində APA məlumat verib.
Hadisə axşam saatlarında baş verib.
1958-ci il təvəllüdlü Biləsuvar şəhər sakini Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən yıxılıb. O, başından aldığı ağır xəsarətlə rayon xəstəxanasına çatdırılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.