Bakıda yerləşən 7 nömrəli Vərəm Əleyhinə Dispanser köçürüləcək. Bu haqda məlumatı İnsanoid bu gün, 13 yanvar tarixində verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun imzaladığı əmrə əsasən, strukturun təkmilləşdirilməsi, şəraitin daha da yaxşılaşdırılması məqsədilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) strukturuna daxil olan 7 nömrəli Vərəm Əleyhinə Dispanser Xəzər rayonu Türkan qəsəbəsinin Xanlar küçəsi, 50 a ünvanına köçürüləcək.
Eyni zamanda bundan sonra çox sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi Mərkəzin strukturuna daxil olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının, geniş sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi isə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının bazasında ayrılan şöbələrdə təşkil ediləcək.