Mingəçevirdə intihar hadisəsi olub. Bu barədə 12 may tarixində Lent.az məlumat verib.
Belə ki, şəhər sakini, 82 yaşlı Boqdanov Viktor Petroviç yaşadığı evin hamam otağında qapının çərçivəsindən özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, intihara səbəb onun keçirdiyi xəstəliklərin təsiri olub.
Faktla bağlı araşdırma aparılır.