Saatlı rayonunda uşaq zəhərlənib. Bu haqda aprelin 8-də Oxu.Az məlumat yayıb.
Zəhərlənən 2013-cü il təvəllüdlü qız uşağı olub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, azyaşlı qız kolbasadan zəhərlənib. Faktla bağlı araşdırma aparılır.