Bakıda Avropa İttifaqı və Azərbaycan arasında növbəti Təhlükəsizlik Dialoqu keçiriləcək. Bu barədə martın 16-da Avropa İttifaqı baş katibinin müavini Enrike Mora Twitter-də paylaşım edib.
“Azərbaycan rəsmiləri ilə görüşlər keçirmək və III Aİ-Azərbaycan Təhlükəsizlik Dialoquna sədrlik etmək üçün Bakıdayam”, - deyə diplomat bildirib.