Ağcabədi və Laçın rayonlarına yeni prokurorlar təyin edilib. Bu barədə martın 18-də Report məlumat yayıb.
Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub. Bu təyinata qədər V.Hacıyev Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.
İlqar Səadətov isə Laçın rayon prokuroru təyin edilib.
Qeyd olunub ki, təyinatlarla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.