Aprel ayının 1-dək Ağdam rayonunda 2,2 min hektar sahədə yazlıq səpin aparılıb. Bu barədə 8 aprel tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, əkinlərin 240 hektarı kartof, 1,5 min hektarı tərəvəz, 506 hektarı isə yoncadır. Hazırda rayonda taxıl əkinlərinin becərilməsi həyata keçirilir. Yaxın günlərdə pambıq səpininə də başlanılacaq.