Ağdamın Rzalar kəndində 54 yaşlı kişi arxda boğularaq ölüb. Bu barədə aprelin 1-də APA məlumat yayıb.
Ə.Rzayev yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb. Nəticədə köməksiz vəziyyətdə qalan kənd sakini boğularaq ölüb.
Yaxınlarının dediyinə görə, o, epilepsiya xəstəsi olub. Hadisə Ə.Rzayevin ailə üzvlərinin evdə olmadığı vaxt baş verib. Onun meyiti iki günlük axtarışlardan sonra arxın kolluq hissəsindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.