Ağsu dolaylarında avtomobil yoldan çıxaraq dərəyə aşıb. Ağaca çırpılan avtomobil yaranan qısaqapanma zamanı alovlanıb. Bu haqda aprelin 3-də Fövqəladə Hallar Nazirlyi məlumat yayıb.
İnsident Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 156-cı kilometrliyində qeydə alınıb. Qəza “Mercedes” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Sürücü avtomobilin yoldan çıxdığı an özünü aşağı atıb və yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.