Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-14-cü kilometrlik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri aparılır.
Bu barədə 11 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
İşlər bir neçə gün davam etdiriləcək.
Agentlik sürücüləri iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etməyə çağırıb.