Bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun "Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə 2 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.
Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.