Abşeronda bir nəfər intihara cəhd edib. Bu barədə martın 17-də APA məlumat yayıb.
Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin xilasetmə qüvvələri dərhal hadisə yerinə gəlib.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.