Abşeronda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə aprelin 8-də APA məlumat yayıb.
Hadisə Novxanı qəsəbəsindən Saray istiqamətinə gedən şosedə qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobil kəsişmədə olan eyni markalı avtomobilin qarşısına çıxıb. Avtomobillərin toqquşması nəticəsində iki sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.