Azərbaycan alimi, pedaqoq, “Abituriyent” jurnalının məsul katibi Hikmət Kazımov vəfat edib. Bu barədə Report 22 avqust tarixində məlumat verir.
Qeyd olunub ki, o, avqustun 21-də 72 yaşında dünyasını dəyişib.
H.Kazımov M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib, gərgin elmi axtarışlarının nəticəsi olaraq, pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.